Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycana xaricdən mühərrik yağlarının idxalı ilə məşğul olan 2 şirkətə qarşı iş qaldırıb.
«Az Estetik Group» başqa şirkətin əmtəə nişanından istifadə etməkdə günahlandırılır - İŞ QALDIRILDI
FED.az xəbər verir ki, bunlar “AUTODOC AS COMPANY” MMC və “VİKSON AZ SERVİS”MMC şirkətləridir.
Hər iki şirkətə qarşı iş xidmətin öz təşəbbüsü ilə qaldırılıb.
Şirkətlərə qarşı ittihamlar eynidir - “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri.
Bu o deməkdir ki, sözü gedən şirkətlərin idxalı və satışı həyata keçirilən mühərrik yağlarının qablaşdırılmasının üzərində istehsalçısı və mənşə ölkəsi barədə yanlış məlumatlardan, habelə həmin məhsullara uyğun olmayan marka adlarından istifadə edilməsi əlamətləri araşdırılması nəzərdə tutulur.
Sözügedən maddənin 2 və 5-ci abzasları əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması və əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsidir.
Başqa sözlə, ittihamlardan belə məlum olur ki, sözü gedən şirkətlər - “AUTODOC AS COMPANY” MMC və “VİKSON AZ SERVİS”MMC – haqsız və qeyri-dəqiq gizli reklam üsullarından istifadə etməkdə və məhsulun öz təyinatına uyğbun olmadığının gizlədilməsi əlamətləri var.
Bu məsələ Xidmət tərəfindən aprelin 10-da və 17-də araşdırılacaq.