Yanvar-aprel aylarında dəmir yolu nəqliyyatı ilə 2 milyon 137,9 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 879,4 milyon ABŞ dolları olub.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, dəmir yolu nəqliyyatı ilə ixrac olunan 824,2 min ton yükün dəyəri 255,4 milyon dollar təşkil edib.
Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 1 milyon 313,6 min ton, dəyəri isə 624 milyon dollar olub.(Azertac)