Banner

İqtisadiyyat

“Diqlas”dakı yanğınla əlaqədar komissiya yaradıldı - SİYAHI

“Diqlas”dakı yanğınla əlaqədar komissiya yaradıldı - SİYAHI | FED.az
13:59 29 Mart 2019

Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş verən yanğınla əlaqədar komissiya yaradılıb. 

FED.az xəbər verir ki,bununla bağlı Baş nazir Novruz Məmmədov sərəncam imzalayıb. 

Sərəncam Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 mart tarixli 1067 nömrəli sərəncamının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə imzalanıb. 

Komissiya aşağıdakı tərkibdə yaradılıb:

Komissiyanın sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri

Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri

Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri

Zakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroru

Səfər Mehdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Arif Qasımov – Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı

 

Komissiyaya tapşırılıb ki, hadisənin baş vermə səbəblərini və hadisə nəticəsində dəymiş maddi ziyanı tam araşdırıb yekun rəyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Digər xəbərlər

Banner