İqtisadiyyat

DGK: Son qərar ölkədə qiymət artımına - Səbəb Olmayacaq

DGK: Son qərar ölkədə qiymət artımına - Səbəb Olmayacaq | FED.az
14:26 25 Avq 2020

"Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişikliklər etməsi ölkədə qiymət artımına səbəb olmayacaq". 

Eləcə də bax: "Gömrük sahəsilə bağlı qərar absurddur, Milli Məclisdə mütləq qaldıracam"

FED.az xəbər verir ki, bunu İTV-nin efirində Dövlət Gömrük Komitəsinin (DGK) hüquqi təminat idarəsinin rəisi Sənan Muxtarov bildirib. 

"Bəzən deyirlər ki, bu qərar qiymətlərin artımına gətirib çıxaracaq. Amma elə deyil. Dövlətin kifayət qədər antiinhisar qurumları var. Bu sahədə vəziyyətə nəzarət olunacaq ki, vətəndaşlar əziyyət çəkməsinlər", - o qeyd edib. 

Bundan başqa, gömrük rəsmisi vurğulayıb ki, son qərarla sözügedən qaydaların bəzi bəndləri sadələşdirilib: "Məsələn, bəyanetmə prosesini sadələşdirmişik, artıq mal sahibi ilə yanaşı, onun nümayəndəsi isə ölkəyə gətirilən malı bəyan edə bilər". (Report)

Digər xəbərlər