2023-cü ilin ilk yeddi ayı ərzində Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 3,7 milyard dollar təşkil edib.
Bəşir Quliyev: “Azərbaycan öz məhsullarının 90-95 faizini Rusiyaya ixrac edir” - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikovun iştirakı ilə “Ermənistan və Rusiyanın işgüzar dairələrinin nümayəndələri ilə işgüzar səhər yeməyi”ndən əvvəl deyib.
Nazir bildirib ki, ticarətin ümumi həcminin 2 milyard dolları Ermənistandan, 1,7 milyard dolları isə Rusiyadan ixrac edilib.
"Bu, keçən illə müqayisədə 70% çoxdur və ötən il 2021-ci illə müqayisədə dövriyyəmiz ikiqat olub. Yəni, ticarət kifayət qədər sürətlə artır, lakin biz görürük ki, bu, hədd deyil və biz müxtəlif sahələrdə əməkdaşlığımızı artırmaq niyyətindəyik", - deyə erməni nazir bildirib. (Apa)