Bolqarıstanda son 24 ilin rekord inflyasiyası qeydə alınıb.
Eləcə də bax: Azərbaycanda illik inflyasiya - 12,6 % TƏŞKİL EDİB
FED.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İnstitutu məlumat yayıb.
Bildirilib ki, may ayında bu göstərici illik müqayisədə 15,6 % təşkil edib ki, bu da inflyasiyanın 18 % olduğu 1998-ci ildən bəri baş verməyib.
Qeyd olunub ki, may ayında ən çox qiymət artımı - 3,2% nəqliyyatın payına düşüb. Restoran və hotellər qiymətləri 2 % qaldırıb. Ev üçün mallar 1,6 % bahalaşıb.
Ərzaq məhsulları arasında ən çox bahalaşan kartofun qiymətidir - 14 %. Çörək və balığın qiyməti isə müvafiq olaraq 9,4 %və 8,2 % bahalaşıb. Benzinin qiyməti 7,4 %, dizel yanacağının qiyməti isə 5,1 % artıb.
Eyni zamanda xiyar (25,5%), pomidor (9,7%) və bibər (18,8%) ucuzlaşıb. (Report)