Yaxın zamanda Azərbaycan şirkətləri Alibaba.com saytında təmsil olunacaq.
"Made in Azerbaijan" məhsulları "Alibaba.com" ilə yeni bazarlara çıxacaq
FED.az xəbər verir ki, bunu Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı bu gün Bakıda keçirilən "Ağıllı Sənaye Hazırlığı İndeksi" (SIRI) üzrə seminarda çıxışında deyib.
"Bu il Alibaba.com ilə memorandum imzaladıq. Yaxın zamanda Azərbaycan şirkətlərinin məhsulları bu platformada təqdim olunacaq. İnanıram ki, bu, məhsullarımızın beynəlxalq bazara çıxması və iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni imkanlar açır", - deyə o vurğulayıb.
Xatırladaq ki, 27 fevral 2024-cü ildə AZPROMO və Alibaba.com arasında anlaşma memorandumu imzalanıb.
Anlaşma Memorandumu "Made in Azerbaijan" brendi altında Azərbaycan məhsullarının Alibaba.com elektron platforması vasitəsilə yeni ixrac bazarlarına çıxışını təmin edəcək. (Trend)