Azərbaycan Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi –AZPROMO tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
FED.az xəbər verir ki, Qərar ilə,“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi –AZPROMO tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısı” təsdiq edilib.
AZPROMO tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlər aşağıdakılardır:
- Sahibkarlıq subyektlərinin sorğusu əsasında beynəlxalq ticarət məlumatları üzrə araşdırmanın aparılması və onlara potensial ixrac bazarları barədə məlumatların verilməsi,
- Sahibkarlıq subyektlərinin sorğusu əsasında onlara Azərbaycan Respublikasının ərazisindən ixrac edilən Azərbaycan mənşəli məhsulların (xidmətlərin) təyinat ölkəsinə idxalına dair qaydalar haqqında məlumatların təqdim edilməsi,
- Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-ya məxsus əmtəə nişanlarından istifadə hüququnun verilməsi
- İnvestorların və ixracatçıların investisiya və ixrac fəaliyyəti ilə bağlı hüquqi və fiziki şəxslərlə Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin əlaqələndirilməsi işinin təşkili.