İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Latviyanın İnvestisiya və İnkişaf Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”dəki hesabında bildirib.
Onun sözlərinə görə, memarandum ikitərəfli iqtisadi münasibətlərin möhkəmlənməsinə və birgə investisiya layihələrinin həyata keçirilməsinə töhfə verəcək.
"Latviya Prezidenti Katibliyinin rəhbəri Andris Teikmanis ilə görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük", - deyə M.Cabbarov əlavə edib.