Azərbaycanla Rusiya arasında idxal-ixrac əməliyyatlarının artırılması üçün mal nomemklaturasının genişləndirilməsi üçün siyahı tərtib edilməlidir.
Azərbaycandan Sankt-Peterburqa ixrac missiyalarının bərpası təklif olunur
FED.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "Sankt-Peterburq və Azərbaycan əməkdaşlıq üfüqlərini genişləndirir" mövzusunda biznes forumda bildirib.
O qeyd edib ki, Azərbaycan Rusiya arasında ticarət dövriyyəsinin həcminin artırılması üçün potensial var.
" İki ölkə arasında iqtisadi əlaqələr təşviqi üçün iş aparılır. Bu istiqamətdə biz Kazanda, Yekaterinburqda keçirilən sərgilərdə iştirak etməyi planlaşdırırıq", Y. Abdullayev vurğulayıb.
AZPROMO rəsmisi Rusiya nümayəndə heyətinin səfər proqramı ilə bağlı məlumat verib:"Nümayəndə heyətinin Ələt Azad İqtisadi Zonasına və sənaye parklarına səfər təşkil ediləcək".
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanla Rusiya ilə ticarət dövriyyəsinin dəyəri 2022-ci illə müqayisədə 17 % artaraq 4,5 milyard ABŞ dollarına yaxın olub. Həmçinin, Azərbaycan Rusiyanın 80-ə yaxın subyekti ilə iqtisadi-ticarət sahəsində mühüm əlaqələr qurub.