2022-ci ilin 11 ayında (yanvar-noyabr) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 49 milyard 217 milyon 15 min ABŞ dolları, o cümlədən, ixrac əməliyyatları 36 milyard 335 milyon 560 min ABŞ dolları, idxal əməliyyatları 12 milyard 881milyon 466 min ABŞ dolları, saldo 23 milyard 454 milyon 83 min ABŞ dolları təşkil edib.
Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları - 29% ARTIB
FED.az xəbər verir ki, bu Dövlət Gömrük Komitəsinin aylıq hesabatından məlum olur.
Xatırladaq ki, 2021-ci ilin 11 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 30 milyard 209 milyon 257 min ABŞ dolları, o cümlədən, ixrac əməliyyatları 19 milyard 799 milyon 397 min ABŞ dolları, idxal əməliyyatları 10 milyard 409 milyon 860 min ABŞ dolları, saldo 9 milyard 389 milyon 537 min ABŞ dolları təşkil etmişdi. (Marja)