2022-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $1,7 milyard təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,2% çoxdur.
Eləcə də bax: Azərbaycanın ən böyük ixrac şirkətləri və qazancları - YENİ SİYAHI
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Hesabat dövründə ixracın strukturunda əsas həcm pambıq mahlıcı ($140,3 milyon, artım 4,9%), pomidor ($134,1 milyon, artım 4,6%), karbamid ($121,9 milyon, artım 6 dəfə), qızıl ($93,7 milyon, azalma 19,8%), metanol ($81,3 milyon, artım 3,5 dəfə), meşə fındığı ($57,6 milyon, artım 38,8%), emal edilməmiş alüminium ərintiləri ($48,4 milyon, artım 3 dəfə), ilkin formalı polietilen ($51,5 milyon, azalma 13%) və ilkin formalı polipropilenin ($56,9 milyon, azalma 15%) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Türkiyə ($462,2 milyon, artım 28,6%), Rusiya ($462,2 milyon, azalma 1,2%), Gürcüstan ($107,6 milyon, artım 44,5%), İsveçrə ($101 milyon, azalma 22%) və ABŞ ($57,5 milyon, artım 76,3%) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 27,2%-i Türkiyə və RF-nin payına düşüb.
2021-ci ildə Azərbaycan $2,7 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2020-ci ilin göstəricisindən 47,2% çoxdur. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq. (İnterfaks-Azərbaycan)