İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın avqust sayını təqdim edib.
FED.az xəbər veri ki, “İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-iyul aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
“MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “STP Alüminium” MMC, “P-Aqro” MMC, “Şimal AqroPark” MMC, “Rose Servis” MMC, “Almeyvə” MMC, “Mors Trading” MMC, “ZR-78 Company” MMC, Şirinov Elvin Valeh oğlu.
Azərbaycandan ən böyüu məbləğdə qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin siyahısına “MKT İstehsalat Kommersiya” MMC başçılıq edir. Şirkət ilk 8 ayda xaricə 88,4 milyon dollarlıq məhsul ixrac edib.
Ötən illə müqayisədə ixrac həcmi 11,8 milyon dollar artıb.
Qiymətli metalların hasilatı ilə məşğul olan “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti” isə 60 milyon dollarlıq məhsul ixrac edib – ötən illə müqayisədə 5 milyon dollarlıq artım var.
“STP Alüminium” MMC-nin icracı 24 dəfə artaraq 1,1 milyondan 26,2 milyon dollara yüksəlib.
Əvəzində “P-Aqro” MMC-nin ixracından azalma var, ötən il 28,5 milyon dollarlıq məhsul istehsal edən şirkətin bu ilki ixracı 3 milyon dollar və ya 11% azalaraq 25,3 milyon dollar olub.
“Şimal AqroPark” MMC-nin ixracı 5 dəfə artaraq 4,5 milyon dollardan 22,5 milyon dollara yüksəlib.
“Rose Servis” MMC isə ixraca ilk dəfə başlasa da, elə birinci il 21,8 milyon dollarlıq məhsul ixrac edib və ən çox ixrac edən şirkətlərin ilk 6-da yer alıb.
“Almeyvə” MMC-ninixracı 3 dəfədən çox artaraq ötən ilki 6 milyon dollardan21,8 milyon dollara yüksəlib.
“Mors Trading” MMC, “ZR-78 Company” MMC və siyahıdakı yeganə fiziki şəxs - Şirinov Elvin Valeh oğlu ixrac bazarına ilk dəfə daxil olublar. Ötən il onların ixracı ümumiyytlə olmayıb, bu il isə müvafiq olaraq 21,7 milyon, 20,7 milyon və 20,2 milyon dollarlıq məhsul ixrac etməyi bacarıblar.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isəAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar:
“Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Geofizika və Geologiya İdarəsi”, Naxçıvan MR Dövlət Energetika Xidməti.