Cari ilin yanvar-fevral aylarında Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Türkiyə, Rusiya, Gürcüstan, İsveçrə və İtaliya qərarlaşıb.
Eləcə də bax: Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, iki ayda Türkiyəyə 153,3 milyon ABŞ dolları, Rusiyaya 119 milyon dollar, Gürcüstana 28 milyon dollar, İsveçrəyə 21 milyon dollar, İtaliya isə 19,3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub. (Azərtac)