Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2,47 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
Sənaye zonalarının qeyri-neft məhsulları ixracında xüsusi çəkisi 26 faizə çatıb
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) FED.az-a verilən məlumata görə, 2024-cü ilin üçüncü rübündə ölkənin qeyri-neft ixracının dəyəri ötən ilin eyni rübü ilə müqayisədə 31,5 faiz artaraq 869,02 milyon dollara çatıb.
Təkcə sentyabr ayında isə qeyri-neft ixracı illik müqayisədə 27,4 faiz artaraq 285,21 milyon dollara bərabər olub.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 9,8 faiz artaraq rekord 3,48 milyard dollar təşkil edib.