Azərbaycanın pambıq istehsalçısı "MKT İstehsalat Kommersiya" MMC, 2021-ci ilin yanvar-may ayları üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk yeri tutub.
Eləcə də bax: Azərbaycanda ixracla məşğul olan ən böyük - 10 Şirkət
FED.az xəbər verir ki, 2021-ci ilin ilk 5 ayında "MKT İstehsalat Kommersiya" tərəfindən 57,3 milyon dollarlıq məhsul ixrac edilib. "MKT"nin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb. Şirkət 2020-ci ilin ilk 5 ayında 28,6 milyon dollarlıq məhsul ixrac etmişdi.
Qeyd edək ki, 2021-ci ilin ilk 5 ayında Azərbaycandan 108,6 milyon dollarlıq pambıq mahlıcı ixrac edilib. Ötən ilin eyni dövründə bu məhsul üzrə ixracın həcmi 48,6 milyon dollar təşkil etmişdi.