Dövlət Statistika Komitəsi 2021-ci ildə qiymət artımı ilə bağlı məlumatları açıqlayıb.
Azərbaycanda hansı ərzaq - NƏ QƏDƏR BAHALAŞIB? – TAM SİYAHI - QİYMƏTLƏR
FED.az xəbər verir ki, rəsmi hesablamaya görə, 2021-ci ildə istehlak qiymətləri indeksi 2020-ci ilə nisbətən 106,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 108,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 105,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,8 faiz təşkil edib.
Qeyd edək ki, qiymətlərin illər üzrə müqayisə olunması bahalaşmanın səviyyəsini tam əks etdirmir. Məsələ bundadır ki, belə müqayisədə il üzrə orta qiymət əsas götürülür.
Qiymət artımı ilə bağlı ən düzgün təsəvvürü ilin eyni ayları arasında aparılan müqayisə yaradır. Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin dekabr ayında qiymətlər əvvəlki ilin dekabr ayına nisbətən 12% artıq olub.
O cümlədən ərzaq, içkilər və tütün məmulatlarının qiyməti 2020-ci ilin dekabrınna nisbətən 15,8 faiz artıb. Təkcə qida məhsulları isə 16%-dən də çox bahalaşıb – 16,2%. Xatırladaq ki, bu rəsmi məlumatdır.