Xarici ticarət iştirakçılarının sayı 2020-ci illə müqayisədə 2021-ci ildə 19 min 685 şəxs artaraq 65 min 147 şəxs təşkil edib. 2020-ci ildə xarici ticarət iştirakçılarının sayı 45 min 462 şəxs olmuşdu. Artımın böyük hissəsi ticarət ilə məşğul olan fiziki şəxslərin sayının artmasından qaynaqlanır.
Eləcə də bax: Azərbaycanın xariclə ticarətində $12 mlrd. üzərində müsbət saldo - YARANDI
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il xarici ticarət iştirakçılarının sayı fiziki şəxslər üzrə 19 min 66 şəxs aratarq 56 min 277-yə, hüquqi şəxslər (şirkətlər) üzrə isə 619 şəxs artaraq 8 min 870 şəxs olub. Hüquqi şəxslər üzrə xarici ticarət iştirakçıların 266-sı dövlət sektorundan, 8 min 604-ü özəl sektordan olub. 2020-ci ildə hüquqi şəxslər üzrə xarici ticarət iştirakçıların 267-si dövlət sektorundan 7 min 984 özəl sektordan idi. (Marja)