2019-cu ildə Azərbaycanda xarici iqtisadi fəaliyyətlə məşğul olanların sayı iki dəfəyə yaxın artıb.
FED.az Dövlət Gömrük komitəsinə istinadən xəbər verir ki, ötən il ölkədə xarici iqtisadi fəaliyyətlə, yəni xariclə əməliyyatlarla 44 554 şəxs məşğul olub. Bu 2018-ci illə müqayisədə 77,3% artıqdır. 2018-də u fəaliyyətlə məşğul olanların sayı 25 123 idi.
Eləcə də bax: Bu mallar 2 il müddətinə gömrük rüsumundan - AZAD EDİLƏCƏK
2019-da gömrüklə əməliyyatlar aparanların 35 666-sı fiziki şəxs, 8 888-i isə hüquqi şəxs olub. Hüquqi şəxslərin 293-ü dövlət, 8595-i isə qeyri-dövlət sektoruna aiddir. 2018-ci illə müqayisədə gömrükdən mal keçirən fiziki şəxslərin sayında 2 qat artım var – əvvəlki il bu şəxslərin sayı 17,7 min nəfər idi.
Gömrük əməliyyatları aparan dövlət qurumlarının sayı 15% (ötən il 254 idi), özəl qurumarın sayı isə 20,5% (ötən il 7 138 idi) artıb.