Cari ilin sentyabrın 1-nə geniş pul kütləsi 41 110,3 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin sentyabrın 1-i ilə müqayisədə 2 045,4 milyon manat və ya 5,2% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 39 064,9 milyon manat olub.
Aylıq müqayisədə isə 39,7 milyon manat, 0,1%-lik artım qeydə alınıb.
Avqust ayının 1-nə olan geniş pul kütləsi 41 070,6 milyon manat təşkil edib.