Bu gün Azərbaycan Aktuarlar Assosiasiyası və Beynəlxalq Aktuarlar Assosiasiyasının təşkilatçılığı ilə “Sığortanın əsas prinsipləri və ödəmə qabiliyyətinin prinsipləri əsasında risklərin idarəedilməsi çərçivəsi” mövzusunda geniş tərkibdə tədbir işə başlayıb.
FED.az xəbər verir ki, tədbirdə AR Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ləğvetmə prosesində olan Maliyyə Bazarlarına Nəzarət Palatasının, Milli Elmlər Akademiyasının, sığortaçıların və digər əlaqəli təşkilatların nümayəndələri və aktuariləri , həmçinin xarici qonaqlar iştirak edib.
Tədbirdə Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdir müavini Gündüz Əliyev çıxışı zamanı qeyd edib ki, ölkəmizdə də maliyyə və sosial sahələrdə aparılan islahatlar aktuari biliklərinə ehtiyacı artırmaqdadır. Bu gün kommersiya və maliyyə təşkilatları ilə yanaşı, hətta dövlət təşkilatlarında da çox sayda aktuarilərə ehtiyac var. Belə ki, İqtisadiyyat, Maliyyə, Əmək nazirliyində , həmçinin Mərkəzi Bankda və İTS-də AqrarSığorta Fondunda aktuarilərə böyük ehtiyac var.
Onun sözlərinə göprə, sığortaçıların ehtiyaclarına gəldikdə, bu gün az qala bütün sığortaçılar peşəkar aktuari axtarışdadırlar. Bildiyiniz kimi yaxın tarixdə sığortaçılar üçün yeni uçot standartları qəbul ediləcək. Həmin standartlar İFRS 17-nin prinsiplərini özündə ehtiva etməklə hazırlanmışdır ki, bu da sığortaçıların aktuarilərə olan tələbatını dəfələrlə artırmış olacaq. Szöügedən standart hazırda razılaşdırılması üçün aidiyyatı dövlət orqanlarına göndərilib.
Qeyd edilən səbəblərlə Azərbaycanda aktuarilərin kəmiyyət və keyfiyyətinin artırılmasına zərurət çox böyükdür. Azərbaycan kimi ölkənin yüzlərlə orta və yüksək kvalivikasiyalı aktuariya ehtiyac olduğu halda, bu gün təxminən 50 nəfər aşağı və orta kvalivikasiyalı aktuari var. Aktuarilərimizin çoxu da üstün bilik və bacarıqları səbəbi ilə aktuari fəaliyyəti ilə deyil daha çox maliyyə təsisatlarının idarəedilməsində çalışırlar.
Məlum olduğu kimi Azərbaycanda aktuar fəaliyyəti “Sığorta fəaliyyəti haqqındaÜ Azərbaycan Respublikası Qanunun tətbiq edildiyi 2008-ci ildə başlanılmışdır. Bu məqsədlə Maliyyə Nazirliyi tərəfindən davamlı olaraq xarici ekspertlər ölkəyə dəvət edilərək,aktuar bilikləri tədris edilmiş və “Azərbaycan Aktuarlar Assosiasiyası” İctimai Birliyi yaradılmışdır. Ölkədə aktuarlar biliklərinə yiyələnmiş qənəatbəxş sayda aktuar hazırlandıqdan sonra dövrün tələbinə uyğun olaraq 2014-cü ildə Qanuna yeni aktuari fəsli əlavə edilərək , onların fəaliyyətinin hüquqi əsasları müəyyən edilmişdir.
Cari qanunvericiliyin tələblərinə əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası aktuari peşəsi və sığoprta qanunvericiliyi bilikləri ilə bağlı bir imtahan verməklə namizədlər aktuari fəaliyyətini həayta keçirməyə hüquq qazanaraq , müvafiq reyestrə daxil edilirlər. Lakin inkişaf etmiş beynəlxalq standrtala əsasən aktuarilərin reyestrinə düşmək üçün şəxs nəzarət orqanında akkredasiyadan keçmiş peşəkar aktuarilərin ictimai birliyinə üzv olmalı və qanunvericiliklə və prudensial tələblərlə bağlı ümumi biliklərə malik olamlıdır. Onun peşə biliklərinin yoxlanılmasını peşəkar aktuarilərin ictimai birliyi tərəfindən üzvlüyə qəbul şərtləri ilə həyata keçirilir.