Bu il Azərbaycanda ortaillik inflyasiya 3,8%-dək yavaşlayacaq.
Eləcə də bax: Azərbaycan iqtisadiyyatı bu il 4% artacaq - BMT
FED.az biznes və maliyyə xəbərləri portalı APA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin "Dünya İqtisadiyyatının Vəziyyəti və Perspektivləri" adlı hesabatında bildirilir.
Proqnozlara görə, 2023-cü ildə istehlak qiymətlərinin ortaillik artımı 3,1%-ə enəcək.
Qeyd edək ki, son məlumatlara görə, ötən ilin yanvar-noyabr aylarında ölkədə ortaillik inflyasiya 6,2%, noyabrda illik inflyasiya isə 11,1% təşkil edib. Azərbaycan Mərkəzi Bankının (AMB) gözləntilərinə görə, ötən ilin dekabr ayı üzrə illik inflyasiya 11,4-11,9%-ə, ortaillik inflyasiya isə 6,3-6,6%-ə bərabər olacaq.
Xatırladaq ki, inflyasiyanın sürətlənməsi fonunda, ötən ilin son faiz qərarında AMB uçot dərəcəsini 7%-dən 7,25%-ə, faiz dəhlizinin yuxarı həddini isə 8%-dən 8,25%-ə yüksəldib, faiz dəhlizinin aşağı həddi 6% səviyyəsində saxlanılıb.