Azərbaycan iqtisadiyyatı bu il 4%, 2023-cü ildə isə 4,1% artacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı APA-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin "Dünya İqtisadiyyatının Vəziyyəti və Perspektivləri" adlı hesabatında bildirilir.
Hesablamalara görə, Azərbaycanda 2021-ci ildə real ÜDM-nin artım tempi 4,9% təşkil etməlidir.
Qeyd edək ki, son məlumatlara görə, 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda real ÜDM illik müqayisədə 5,3% artıb. Azərbaycan İqtisadiyyat Nazirliyinin real ÜDM üzrə son proqnozunun əsas ssenarisinə görə (neftin bir barelinin ortaillik qiyməti 50 ABŞ dolları), 2021-ci ildə Azərbaycanda real ÜDM 5,1% artmalıdır.