Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 1 711,7 kq qızıl hasil edilib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 0,5% azdır.
Eləcə də bax: Azərbaycanda iqtisadi vəziyyət açıqlandı - RƏQƏMLƏR
FED.az xəbər verir ki, hesabat dövründə ölkədə 2 150,3 kq gümüş istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 25,1% artıb.
Qeyd edək ki, hazırda Azərbaycanda qızıl "AzerGold" QSC və Böyük Britaniyanın "Anglo-Asian Mining" şirkəti tərəfindən hasil olunur.
"Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
"apa"
Məhsul növləri |
2020-ci ilin yanvar-iyun aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % |
Mis filizləri və konsentratları, ton |
1 253,1 |
130,3 |
Qiymətli metal filizləri və konsentratları, kq |
3 862 |
112,3 |
o cümlədən: qızıl |
1 711,7 |
99,5 |
gümüş |
2 150,3 |
125,1 |