Dövlət Statistika Komitəsi (DSK) fevral ayında Azərbaycanda inflyasiya göstəricilərini açıqlayıb. FED.az xəbər verir ki, komitənin hesablamalarına görə, ötən ay yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz bahalaşıb. DSK-nin məlumatına görə, fevralda bəzi məhsulların qiymətində artım, bəzilərində azalma baş verib.
Qiyməti artan ərzaqlar
Düyü,
un,
manna yarması,
makaron məmulatları,
qoyun və toyuq əti,
kolbasa məmulatları,
balıq məhsulları,
süd məhsulları və pendir,
bitki yağları,
limon,
naringi,
portağal,
banan,
alma,
armud,
heyva,
nar,
kivi,
kələm,
göyərti,
xiyar,
pomidor,
bibər,
badımcan,
kartof,
soğan,
sarımsağ,
şəkər və şəkər tozu,
qəhvə,
çay və kakao,
tütün məmulatları,
spirtli içkilər.
Qiyməti azalan ərzaqlar
qarabaşaq yarması,
yumurta,
kərə yağı,
yerkökü,
çuğundur.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Qiyməti artan qeyri-ərzaqlar
ayaqqabılar,
xalça və digər döşəmə örtükləri,
mebel və ev əşyaları,
velosipedlər,
mobil telefonlar,
televizorlar,
zərgərlik məmulatları,
dəftərxana ləvazimatları,
kəsilmiş taxta,
sement,
kərpic,
nitro, sulu və yağlı boyalar.
Qiyməti azalan qeyri-ərzaqlar
geyim,
soyuducu,
paltaryuyan maşınlar,
tozsoranlar,
noutbuk və planşet tipli kompüterlər.
Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
17:18
11 Mart 2019