Hazırda Azərbaycanın ticarət və ictimai iaşə obyektlərində 24 mindən çox yeni nəsil e-kassa quraşdırılıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.
Nazir qeyd edib ki, 2022-ci ilin sonunadək ölkədə olan bütün kassaların yeni nəsil kassalarla əvəz edilməsi nəzərdə tutulub. (Apa)




 
                            
                            
                         
            
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








