2019-cu ildə Azərbaycan kartof ixracını 7,2% azaldıb, idxalını isə 26,7% artırıb.
FED.az xəbər verir ki, 2019-cu ildə Azərbaycan $26 milyon 851,81 min dəyərində (azalma 9,4%) 61,785 min ton (azalma 7,2%) kartof ixrac edib.
Eləcə də bax: Azərbaycana toxumluq kartof rüsumsuz idxal ediləcək - İZAH
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Ötən il bu ölkəyə $25,1 milyon dəyərində (azalma 13,1%) 55,843 min ton kartof (azalma 13,3%) ixrac edilib. Hesabat dövründə Azərbaycandan kartof ixracının 90,4%-i RF-nin payına düşüb.
2019-cu ildə Azərbaycana $51,815 milyon dəyərində (artım 34%) 193,016 min ton kartof (artım 26,7%) idxal edilib.
Azərbaycana kartofun əsas tədarükçüləri Rusiya, İran və Pakistan olub. Rusiya 124,443 min ton ($33 milyon 660,08 min), İran 54,197 min ton ($13 milyon 216,95 min), Pakistan isə 8,352 min ton ($2,5 milyon) kartof tədarük edib.
2018-ci ildə Azərbaycan $29 milyon 627,54 min dəyərində 66,563 min ton kartof ixrac edib.
İnterfaks