Bu ilin yanvar-iyun aylarında Azərbaycan 79,4 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 26,4% azdır.
Eləcə də bax: Azərbaycanda qızıl hasilatı 20,7% azalıb, gümüş hasilatı - 31,3% ARTIB
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin göstəriciləri əsasında aparılan hesablamalara görə, 2021-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 107,9 mln. dollar təşkil edib.
Bu ilin may ayının göstəricisi ilə müqayisədə isə, iyunda qızıl ixracının dəyəri 1,4 mln. dollar və ya 9,3% artaraq 16,5 mln. dollar təşkil edib. Bu isə illik müqayisədə 19,5% azdır. (Apa)