2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 1 min 386,2 kq qızıl hasil edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 20,7% azdır.
Eləcə də bax: Britaniya şirkətinin Azərbaycanda qızıl hasilatı - 13%-DƏN ÇOX AZALIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 3 min 202,4 kq gümüş (artım 31,3%) hasil edilib.
Hasil edilən qızıl və gümüş emala göndərilib.
1 iyul 2022-ci il tarixinə istehsalçı şirkətlərin anbarlarında qızıl ehtiyatının həcmi 354,9 kq, gümüş ehtiyatının həcmi 568,6 kq təşkil edir.
Hazırda Azərbaycanda qızıl və gümüş hasilatı 2 şirkət tərəfindən həyata keçirilir. Azərbaycan 1997-ci il avqust ayının 21-də Production Sharing Agreement tipli müqavilə imzalayıb. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.
Bundan başqa, Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC tərəfindən də qızıl və gümüş hasilatı həyata keçirilir.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur. (İnterfaks)