Azərbaycanda istehsal edilən meyvə-tərəvəz məhsullarının Körfəz ölkələrinə ixracı ilə bağlı imkanlar müzakirə olunub.
Eləcə də bax: Meyvə-tərəvəz məhsullarının ixracı 23,6 faiz - ARTIB
FED.az xəbər verir ki, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) verilən məlumata görə, qeyd olunan məsələyə Birləşmiş Ərəb Əmirliklərinin "Ecogarden" şirkətinin nümayəndələri ilə yerli sahibkarlar arasında təşkil olunan onlayn görüşdə baxılıb.
Tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycanın BƏƏ-dəki Ticarət Nümayəndəliyi, AZPROMO-nun nümayəndələri də iştirak ediblər. (Apa)