2022-ci ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə 78 min 156 ton kartof ixrac edilib.
Eləcə də bax: Azərbaycan I yarımillikdə kartof ixracını - 15% AZALDIB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən kartofun dəyəri 35 milyon 59 min dollar olub.
Başqa sözlə, xaricə ixrac edilən kartofun 1 tonunun qiyməti 450 dollar və ya 1 kiloqramı 45 sent (76,5 qəpik) təşkil edib.
Ötən illə müqayisədə Azərbaycanın xaricə satdığı kartofun həcmi 15%-ə yaxın azalıb. Xatırladaq ki, ötən ilin eyni dövründə xaricə 91,8 min ton kartof satılmışdı. Bu il isə həmin göstərici 13 min ton azalıb.
Əvəzində ötən llə müqayisədə kartofun xaricə satış qiyməti artıb –2021-ci ilin eyni dövründə xaricə ümumi dəyəri 39,8 milyon dollar olmaqla 91,8 min ton kartof ixrac edilmişdi. 1 ton kartofun satış qiyməti 434 dollar və ya 1 kiloqramı 43 sent (74 qəpik) təşkil etmişdi.