Azərbaycan İrandan idxal etdiyi kartofun həcmini 2 dəfə artırıb.
Eləcə də bax: Buğda idxalı - AZALIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, 2021-ci ilin ilk 10 ayı ərzində Azərbaycana İran İslam Respublikasında 128.94 min ton həcmində kartof idxal edilib. Bu da 2020-ci ilin eyni dövründən 104% çox olması deməkdir.
Ölkəyə idxal edilmiş kartofun 20 min tonu ilin oktyabr ayının payına düşüb.
2021-ci ilin yanvar-oktyabr aylarında ölkəyə gətirilmiş kartofun 31.2 mln. ABŞ dolları idxal dəyəri var. Öncəki ilin eyni dövründə bu 15.26 mln. dollar idi.
Dünyada baş verən ərzaq bahalaşmalarına rəğmən, qiymətlər çox cüzi dəyişib. İdxal edilmiş kartofun orta ölçüdə hər tonu Azərbaycana 241.99 dollara başa gəlib. Bu öncəki ildə 241.61 dollar idi.
Qeyd edək ki, ölkəyə ümumilikdə 139.63 min ton, yaxud 33.9 mln dollarlıq kartof idxal edilib. İdxalda digər payı olan ölkə Türkiyədir. Bu ölkədən Azərbaycana 5.7 min ton, yaxud 1.43 mln. dollarlıq kartof idxal edilib.