Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni proqnozlarına əsasən, bu il Azərbaycanda ÜDM-in artım tempi 2% təşkil edəcək, illik inflyasiya isə 3,2%-ə qədər sürətlənəcək.
Eləcə də bax: BMT Azərbaycana humanitar dəstək məqsədilə - 2 Milyon Dollar Ayırıb
FED.az bu barədə BMT-nin "Dünya iqtisadiyyatının vəziyyəti və perspektivləri" adlı hesabatına istinadən məlumat verir.
Hesabatda bildirilir ki, 2022-ci ildə də ölkə iqtisadiyyatı 2% artacaq, inflyasiya 3,5% səviyyəsində olacaq.
Qeyd edək ki, hesabata görə, "OPEC+" sazişi çərçivəsində neft hasilatının azaldılması və COVID-19 pandemiyası Azərbaycan iqtisadiyyatının inkişafını əngəlləyən əsas amillər olub. (Apa)