Azərbaycan hökuməti bir sra malların spesifik ixrac gömrük rüsumlarının müddətini uzatmamağı qərara alıb.
FED.az biznes və maliyyə xəbərləri portalı “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, Nazirlər Kabinetindən məlumat verilib ki, hökumətin qərarına əsasən, 1 yanvar 2022-ci il tarixindən etibarən ağ sementin klinkerinə (ağ klinker) və quş ətindən bir sıra məhsulların idxalına spesifik ixrac gömrük rüsumlarının tətbiqi dayandırılıb.
1 yanvar 2022-ci il tarixindən etibarən Azərbaycana bu məhsulların idxalına müəyyən edimiş 15% dərəcə tətbiq olunur.
Bundan əlavə, hökumətin qərarına əsasən, tibbi maskaların Azərbaycana idxalına spesifik ixrac gömrük rüsumu dərəcəsi, həmçinin respiratorların idxalı zamanı rüsum ödənişindən azad edilmə 31 dekabr 2022-ci ilədək qüvvədədir.