Bu ilin yanvar-fevral aylarında Azərbaycan 10,2 milyon ABŞ dolları dəyərində 6 min ton ət idxal edib.
Eləcə də bax: Azərbaycan buğda idxalını - 77%-dən Çox Azaldıb
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4 milyon ABŞ dolları (28 %) və 1,8 min ton (23,4 %) azdır.
Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,6 %-ni təşkil edib. (Report)