Bu ilin yanvar-fevral aylarında Azərbaycana 9,349 mln. ABŞ dolları dəyərində (15,893 mln. manat) 38 880,86 ton kartof idxal edib.
Eləcə də bax: Gürcüstandan Azərbaycana şərab ixracı - 2 Dəfədən Çox Artıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ötən ilin eyni dövrü ilə müqayisədə kartof idxalı həcm ifadəsində 24,2%, dəyər ifadəsində 20,9% artıb.
Cari ilin ilk iki ayında Azərbaycan gətirilən kartofun 96,2%-ni İrandan idxal edib. Belə ki, hesabat dövründə İran Azərbaycana 8,973 mln. dollarlıq (15,254 mln. manat) 37 386,11 ton kartof tədarük edib, bu da illik müqayisədə həm həcm, həm də dəyər ifadəsində 2 dəfə çoxdur. (Apa)