2023-cü ilin yanvar-avqust ayları ərzində Gürcüstanın Azərbaycana ixracı 567,8 milyon dollar təşkil edib.
Azərbaycanın Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşu - 3 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, bu göstərici ötən illə müqayisədə 34,7% çoxdur. Belə ki, 2022-ci ilin analoji dövründə Gürcüstanın Azərbaycana ixracı 421,6 milyon dollar təşkil edib. Cari ildə Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 13,9%-ni təşkil edib.
Yanvar-avqust ayları ərzində Gürcüstanın ikinci və üçüncü əsas ixrac tərəfdaşları isə müvafiq olaraq Ermənistan (552,2 milyon dollar) və Rusiya (461,3 milyon dollar) olub.
Bu il Gürcüstanın ixracı ötən illə müqayisədə 14,4% artaraq 4 milyard 79 milyon dollara çatıb. (Apa)