2023-cü ilin birinci yarısında Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 45 milyon 446 min dollar təşkil edib.
Bu il Azərbaycan iqtisadiyyatına 11 mlrd. manata yaxın - İNVESTİSİYA QOYULUB
FED.az Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.9 dəfə və ya 30 milyon 167 min dollar çoxdur. 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanın Gürcüstan iqtisadiyyatına investisiya qoyuluşu 15 milyon 447 min dollar təşkil edib.
Qeyd edək ki, bu dövrdə Gürcüstanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu isə 37.2% azalaraq 8.9 milyon dollara bərabər olub. (Apa)