Azərbaycan 2019-cu ilin I yarısında İtaliyaya 5 mln. 663 min 739,65 ton neft ixrac edib.“İtaliyaya ixrac edilmiş neftin dəyəri $2 mlrd. 749 mln. 936,03 min təşkil edib. Cari ilin yanvar-iyun aylarında ixracın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsində 53,7%, dəyər ifadəsində 45,7% artıb”, - deyə məlumatda bildirilir.
ELƏCƏ DƏ BAX : Neft bazarında yeni oyunçu - İXRACA BAŞLAYIB
2019-cu ilin I yarısında ixracın ümumi həcmində 35,7% İtaliyaya tədarükün payına düşüb.
Hesabat dövründə Azərbaycan neftinin ən iri alıcıları sırasına Çin ($667 mln. 55,12 min dəyərində 1 mln. 310 min 857,01 ton), Hindistan ($624 mln. 527,35 min dəyərində 1 mln. 245 min 448,91 ton), Almaniya ($554 mln. 720,55 min dəyərində 1 mln. 167 min 450,1 ton), İsrail ($544 mln. 456,79 min dəyərində 1 mln. 140 min 912,05 ton) və İspaniya ($425 mln. 533,76 min dəyərində 895 min 133,33 ton) da daxil olub.