Azərbaycan 2023-cü ilin aprel ayında Almaniyaya təmizlənmiş meşə fındığının tədarükü üzrə ikinci pilləyə qayıdıb.
Azərbaycan 1 ton fındığı xaricə təxminən 700 dollar daha - UCUZ SATIB
FED.az xəbər verir ki, Almaniya Federativ Respublikasının Federal Statistika İdarəsinin materiallarına görə, yanvarda Azərbaycan Almaniyaya meşə fındığının tədarük həcminə görə dördüncü, fevralda – ikinci, martda – üçncü yerdə olub.
2023-cü ilin aprel ayında aparıcı tədarükçülərin üçlüyünə ənənəvi olaraq birinci yeri tutan Türkiyə (17,223 milyon avro dəyərində 2,924 min ton), Azərbaycan (1,677 milyon avro dəyərində 308 min ton) və Gürcüstan (1,425 milyon avro dəyərində 302 ton) daxil olub.
Ötən ilin analoji dövrü ilə müqayisədə 2023-cü ilin aprel ayında Azərbaycandan Almaniyaya təmizlənmiş meşə fındığının idxalı miqdar ifadəsində 1,8 dəfə, dəyər ifadəsində 1,6 dəfə artıb.
Ümumilikdə, yanvar-aprel aylarında Azərbaycan Almaniyaya 12,082 milyon avro (+2,5 dəfə) 2,236 min ton meşə fındığı (+2,7 dəfə) ixrac edib. (İnterfaks-Azərbaycan)