2023-cü ilin yanvar-may ayında Azərbaycandan 54 milyon 638 min dollar dəyərində 11 080 ton fındıq ixrac olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.
Qeyd edək ki, 2022-ci ilin eyni ayında Azərbaycandan 53 milyon 760 min dollar dəyərində 9 577 ton fındıq ixrac olunmuşdu. Beləliklə, fındıq ixracı dəyər ifadəsilə 2% artıb, miqdar ifadəsilə 16% artıb.
Bir ton fındığın orta ixrac qiyməti 2022-ci ildəki 5613 dollardan 4931 dollara düşüb (682 dollar azalıb).
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.