2023-cü ilin yanvar-oktyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycana ətir və tualet suyu ixracını 9,4% - 240 tona qədər artırıb.
Avropadan Azərbaycana avtomobillərin ixrac dəyəri - 222 MİLYON AVRONU KEÇİB
FED.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsinin (Avrostat) məlumat verir.
Statistik məlumatlara görə, ixrac dəyər ifadəsində 31% - 16,3 milyon avroya qədər artıb.
10 ayın yekunları üzrə Azərbaycan bazarına ətir və tualet suyunun ixrac dəyərinə görə Almaniya lider olub (7,9 milyon avro, artım 34,2%). Yanvar-oktyabr aylarında ətir və tualet suyu ixracatçılarının ilk üçlüyünə (dəyər ifadəsində) Fransa (4,3 milyon avro, artım 1,7 dəfə) və İtaliya (1,8 milyon avro, artım 27,7%) da daxil olub.
Oktyabrda Aİ ölkələrindən Azərbaycana ətir və tualet suyunun ixracı illik müqayisədə 25,5% - 25 tona qədər, dəyər ifadəsində isə 21,9% - 1,5 milyon avroya qədər azalıb. Hesabat dövründə Fransa ətir və tualet suyunun ixrac dəyərinə görə lider olub (təxminən 0,6 milyon avro, artım 58,7%).
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycana ətir və tualet suyu ixracını 2021-ci illə müqayisədə 2% - 304 tona qədər artırıb. İxrac dəyər ifadəsində 1,6 dəfə - 17,1 milyon avroya qədər artıb. (İnterfaks-Azərbaycan)