Asiya İnfrastruktur İnvestisiya Bankında (AIIB) Azərbaycan üzrə Türkiyədən olan alternativ direktor dəyişib.
Eləcə də bax:«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT
FED.az xəbər verir ki, bu vəzifəyə Türkiyənin vətəndaşı Necmettin Özdin (Necmettin Ozdin) təyin edilib. N.Özdin Türkiyə Xəzinə və Maliyyə Nazirliyinin baş direktorunun köməkçisidir.
O, Azərbaycanla yanaşı, Bruney, Gürcüstan, Qırğızıstan, Pakistan və Türkiyə üzrə də eyni vəzifəni icra edəcək.
N.Özdin həmvətəni Mehmet Alper Baturun yerinə təyinat alıb. Hazırda AIIB-də digər alternativ direktor isə Pakistan vətəndaşı Məhəmməd Aslam Çaudaridir (Muhammad Aslam Chaudhary). Bankın digər regional direktoru isə Gürcüstan vətəndaşı Nikoloz Qaquadır (Nikoloz Gagua). N.Qaqua hazırda Gürcüstan Maliyyə nazirinin müavinidir.
Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində (Çin) 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfdən bu müqaviləni maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü 2016-cı il iyunun 24-də ratifikasiya edilib. Hazırda rəsmi Bakının Bankda payı 0,2626 %-ə, səsvermə payı isə 0,4229 %-ə bərabərdir. (Report)