ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti yolu üçün mühüm olan ABŞ-da inflyasiya məlumatları açıqlanıb.
FED.az xəbər verir ki, ABŞ-da istehlak qiymətləri apreldə mart ayı ilə müqayisədə 0,4 faiz artıb.
İllik inflyasiya isə (2022-ci ilin aprel ayı ilə müqayisədə) 4,9 faiz təşkil edib. İqtisadçıların proqnozları aprel ayında ABŞ-da istehlak qiymətlərinin aylıq 0,4 faiz, illik 5 faiz artacağı idi.
Dünyada ərzaq qiymətləri son bir ildə ilk dəfə - ÖTƏN AY BAHALAŞIB
Ərzaq və enerji xaric istehlak qiymətləri (baza inflyasiya) aprel ayında aylıq 0,4 faiz, illik 5,5 faiz artıb. Baza inflyasiya üçün proqnozlar aylıq 0,4 faiz, illik 5,5 faiz idi.
Mart ayında baza inflyasiyası illik 5,6 faiz, aylıq 0,4 faiz təşkil etmişdi. (Marja)