2022-ci ildə Sahibkarlığın İnkişafı Fondundan ümumilikdə 2 726 layihə üzrə güzəştli kredit ayrılıb.
Azərbaycanda bağçılığın inkişafı layihəsinə 60 min manat - GÜZƏŞTLİ KREDİT AYRILIB
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlayıb.
O bildirib ki, bu layihələrə 145.9 milyon manatlıq güzəştli kredit verilib.
Bu kreditlərin layihə sayı üzrə 99.9%-i, məbləğ üzrə isə 98.3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə ayrılıb.