Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak xarici investorlarla telekonfrans yolu ilə görüşüb.
FED.az xəbər verir ki, Berat Albayrak görüşdə,"Türkiyə çətinliklərin tamamilə fərqindədir, bu dalğalanmalardan daha güclü çıxacağıq" mesajını verib.
Albayrak investorlara, məzənnələrdəki kəskin dalğalanmanın iqtisadi əsasları olmadığını deyib.
Bank sektorunun sağlam olduğunu vurğulayan nazir "Banklarda yaxın zamanda stress testi apardıq. Türkiyənin bank sektoru güclü və sağlamdır. Hazırda bazar nizamsızlığını aradan qaldırmaq ilə məşğul oluruq. Bank sisteminin açıq valyuta mövqeyi yoxdur" ifadəsini istifadə edib.
Albayrak, inflyasiyanı aşağı salamağın əsas prioritetləri olacağını qeyd edib, maliyyə intizamından güzəştə getməyəcəklərini vurğulayıb.
Albayrak deyib: "Türkiyə Mərkəzi Bankı maliyyə siyasəti ilə paralel addımlar atacaq. İddialı qənaət proqramı üçün bütün banklara tapşırıq verilib. Vergi qurmalarından əhəmiyyətli gəlir gözləyirik".
"KAPİTALA NƏZARƏT YOXDUR"
Nazir, "Kapital nəzarətləri gündəliyimizdə deyil və olmayacaq, Türkiyə heç vaxt bazar deportasiyası qaydaları həyata keçirməyib. Bazarın etimadını artırmaq üçün hər bir addım atılacaq. Struktur islahatları prioritetimizdir"- əlavə edib..
"BEYNƏLXALQ VALYUTA FONDU İLƏ ƏMƏKDAÇLIQ PLANIMIZ YOXDUR"
Berat Albayrak, "BVF ilə əlaqəyə keçmək, əməkdaşlıq planımız yoxdur. Vergi gəlirləri tərəfində müsbət göstəricilər müşahidə edirik" - də deyib,
Albayrakın çıxışında aşağdakı məsəllərə diqqət yetirdi:
-Nazirlərdən güclü bir qənaət planı istədim, sərmayəçilərlə açıq və şəffaf dialoqu dəstəkləyirik, iddialı qənaət proqramı üçün bütün nazirlərə vəzifə verilib
-İnflyasiyayla mübarizədə pul siyasəti tək başına yetərli deyil,
-Halkbank ilə bağlı cəza gözləmirik
-Türkiyə sərmayədarlar üçün cəlbedici bir inkişaf edən bazar olmağa davam edəcək
-ABŞ Xəzinə Naziri Mnuçin ilə yaxşı ünsiyyət içərisindəyik,
-İqtisadi artım keçən illərlə müqayisədə daha mülayim olacaq.
Berat Albayrakın açıqlamaları ilə Lirə daha da. Bakı vaxtı ilə saat 18:15-də dollar lirə məzənnəsi 5.70 səviyyəsinə düşüb. Lirə Dollar qarşısında 4%-dən çox bahalaşıb.
Nazir 6000 investorla görüşdü - LİRƏ BAHALAŞIR
18:20
16 Avq 2018