Azərbaycan Mərkəzi Bankı daha bir investisiya şirkətinə kapital bazarında iştiraka icazə verib.
Eləcə də bax: Azərbaycan Mərkəzi Bankı “ABB-İnvest İnvestisiya Şirkəti”nə lisenziya verib
Bu “Muğan Bank” ASC-yə yaxın olan “MFX Trading İnvestisiya Şirkəti” ASC-dir.
FED.az Banker.az-a istinadən bildirir ki, bu şirkətə lisenziya 10 gün öncə, 19 oktyabr tarixində təqdim edilib.
Şirkətin Müşahidə Şurasına sədr kimi Səfərzadə İbrahim Ziyad oğlu üzv kimi Məmmədov İdris Elman oğlu və Təhməzov Anar Malik oğludur. Direktor kimi isə Abdullayev Zahir Dunyamalı oğludur.
Bununla da Azərbaycanda bu il kapital bazarında iştirak hüququ alan ikinci investisiya şirkəti olmuşdur. Bundan öncə isə Azərbaycan Beynəlxalq Bankına yaxın olan “ABB İnvest İnvestisiya Şirkəti” ASC-yə lisenziya təqdim edilmişdi.
Ölkədə hazırda kapital bazarında 10 investisiya şirkəti vardır.