Mayın 11-də «AG Anadolu Group Holding» və «Boheme Investment GmbH» arasında «AG Anadolu Group Holding»in 100 faiz törəməsi olan və McDonald's-ın françayzinq əməliyyatını həyata keçirən Anadolu Restoranının kapitalının 100 faizini təşkil edən səhmlərin satışına dair müqavilə imzalanıb.
Rusiya “McDonald's”a alternativ yaradır - VİDEO
FED.az xəbər verir ki, bu müqavilə ilə McDonald's-ın françayzinq əməliyyatını həyata keçirən şirkət satılıb.
«AG Anadolu Qrup Holdinq»in açıqlamasında transferin 2022-ci ilin birinci yarısında başa çatacağı bildirilib.
«Tərəflərin əldə etdiyi razılaşmaya əsasən, Anadolu Restoranının sərmayəsinin 100 faizini təşkil edən səhmlərin transfer qiyməti, bağlanış tarixinə Anadolu Restoranının balansında olan xalis borc məbləği nəzərə alınmaqla 54 milyon 500 min dollar məbləğində hesablanacaq»-deyə bildirilib.
Qeyd olunan xalis borc məbləği və pay təhvil müqaviləsində müəyyən edilmiş digər aktiv və öhdəliklər çıxılmaqla hesablanacaq məbləğin təxminən 5-6 milyon dollar olacağı nəzərdə tutulur. Boheme Investment GmbH Vyana/Avstriya şəhərində yerləşən şirkətdir və Qətər investoru Kamal Saleh Əl Mananın törəmə şirkətidir. Kamal Saleh Əl Mananın Qətərdəki McDonald's restoranlarının françayzinqini idarə edən şirkətdə ortaqlığı var.