16 Sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Prior Leasing” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 21.09.2026-cı il tarixində başlayıb, 19.11.2026-cı il tarixində bitib. AZ2002019530 İSİN kodlu istiqrazların yerləşdirilməsi 23 noyabr 2026-cı il tarixində həyata keçirilib.
Məlumata görə, söhbət ilkin ticarət qiyməti 100 manat olan, 20 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlardan gedir. İstiqrazların illik faiz dərəcəsi 15%, tədavül müddəti 24 aydır. Faiz ödənişləri hər ayda bir dəfə ödəniləcək.
İstiqrazlara maraq kifayət qədər böyük olub. Belə ki, istiqraz buraxılışının həcmi 2 milyon manat olsa da, sifarişlərin ümumi həcmi 4,3 milyon manat – 2,2 dəfə daha çox olub.
İstiqrazın adderayteri “ABB-İnvest İnvestisiya Şirkəti”dir.














