“MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 54% artırılıb.
Eləcə də bax: “AzFinance İnvestisiya Şirkəti”nin dövlətə 9 min manat - VERGİ BORCU VAR
FED.az Banker.az-a istinadən xəbər verir ki, investisiya şirkətinin nizamnamə kapitalı 270 000 manat artırılmaqla 770 000 manata çatdırılıb.
Qeyd edək ki, investisiya şirkəti 2020-ci ilin avqustunda yaradılıb. Şirkətin səhmlərinin 40%-i Anar Nəbiyev, 34%-i Cəmşid Novruzov və 26%-i Zərifə Həsənovaya məxsusdur.
Ötən il 56.83 mln. manatlıq fond bazarı dövriyyəsinə girsə də, cari ildə demək olar ki, fəaliyyəti sıfırdır. Heç bir anderraytinq xidməti həyata keçirməyə imkan tapmayıb. Bu barədə BFB-nin cari ilin birinci rübü üzrə açıqlamasında bu deyilir.